Moskva terrorunda təqsirləndirilənlər hadisədən öncə Türkiyədə olublar – ŞOK GƏLİŞMƏ
Moskvada Krokus Siti terrorunun təşkilində təqsirləndirilən şəxslərdən ikisi yanvar-fevral aylarında İstanbudla olublar.
Tacxeber.com Türkiyə mətbuatına istinadən xəbər veriri ki, terror aktında təqsirləndirilənlərdən biri olan Fəridun Şəmsiddin fevralın 20-də Moskvadan İstanbula gəlib, ertəsi gün isə Fatih rayonundakı mehmanxanada qeydiyyatdan keçib.
Şübhəli fevralın 27-də oteli tərk edib və yalnız martın 2-də Moskvaya uçub və martın 4-də orada olub.
Bryansk vilayətində həbs olunduqdan sonra o, insanları öldürmək üçün ona pul təklif olunduğunu etiraf edib.
İkinci şübhəli Racabalızoda Saidakrami Murodali yanvarın 5-də İstanbula gələrək həmin oteldə qeydiyyatdan keçib, fevralın 21-də oteli tərk edib. O, martın 2-də Beynəlxalq Hava Limanından (IST) Moskvaya Şəmsiddinlə eyni reyslə uçub.