Ruhiyyə Əliyevanın pişvazına vur tut 10-15 adam çıxdı – “Soyuqdur, paylarını verin, getsinlər” – VİDEO
“Liatris Holding”in baş direktoru, iş adamı, müğənni Ruhiyyə Əliyeva sosial şəbəkələrdə tənqid edilib.
Ruhiyyə Əliyevanın tənqid edilməsinə səbəb Tovuz rayonunda Əyyublu kəndində “Ramazan” bayramına görə həssas təbəqələrədən olan insanlara bayram sovqatı verməsi olub.
Ruhiyyə Əliyeva Əyyublu kəndində ərzaq bağlamalarından ibarət bayram hədiyyələri paylamamışdan əvvəl 10 nəfərə yaxın insanla məktəbdə görüş keçirib. Ruhiyyə Əliyeva doğulduğu kəndində daha çox sakinin onu qarşılaşacağını fikirləşsə də, görüşdə az sayda insan iştirak edib. Bu da onun narahatlığına səbəb olub.