WhatsApp istifadəçilərinə MÜHÜM XƏBƏR
“WhatsApp” “iOS” əməliyyat sistemi əsasında işləyən qurğular üçün yeni funksiyasını təqdim edir. Belə ki, istifadəçi onun avatarından kimlərin istifadə edə biləcəyini özü müəyyənləşdirəcək.
Beləliklə, istifadəçilərin funksiyanı idarə etmək üçün üç variantı var.
“Mənim kontaktlarım” – siyahıdakı hər kəsə istifadəçinin avatarından istifadə etməyə imkan verəcək.
“Seçilmiş kontaktlar” xüsusiyyəti seçimi yalnız müəyyən kontaktlarla məhdudlaşdıracaq. Həmçinin, bu funksiyanı tamamilə söndürmək mümkündür.
Funksiya aktiv edilərsə, istifadəçi ilə söhbətdə avatar olan stikerlər mövcud olacaq.