• 21 Sentyabr 2024 18:55

ABŞ-da bir milyard dollarlıq lotoreya uduldu

ABŞ-da 1,13 milyard dollarlıq “Mega Millions” lotereyası öz sahibini tapıb.

 

Tacxeber.com Valyuta.az-a istinadən xəbər verir ki, ABŞ-da təxminən 1,13 milyard dollarlıq “Meqa Millions” lotereyasının qalibi Nyu-Cersi ştatının sakini olub.

CNN-in məlumatına görə, səlahiyyətlilər ABŞ tarixində beşinci ən böyük cekpotun verildiyi “Mega Millions” lotereyasının sahibini tapdıqlarını açıqlayıb. Təxminən 4 aya yaxındır davam edən və Nyu-Cersidən olan şəxsin qazandığı lotereyanın uğurlu nömrələri 7, 11, 22, 29, 38 və 4 olub.

 

Ölkənin müxtəlif bölgələrindən olan 13 bilet sahibi şüşədən çıxarılan ilk beş topun nömrələrini uyğunlaşdırmaqla ən azı bir milyon dollar məbləğində mükafat qazanıb.

Nyu Yorkda bir nəfər iki milyon dollar alıb. Cekpotun qalibi mükafatın illik ödənişini qəbul edərsə, bütün 1,13 milyard dollara və ya birdəfəlik ödəməyə üstünlük verərsə, 537,5 milyon dollara sahib olacaq.

Tacxeber.com

 

Oxşar xəbərlər