• 24 Noyabr 2024 18:04

Avro-2024-ün son üç iştirakçısı da bilindi

Dünən Avro-2024-ün son üç iştirakçısı müəyyənləşib.

 

Pley-offun finalında Gürcüstan Yunanıstanla qarşılaşıb. Matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Penaltiər seriyasında isə daha dəqiq olan (4:2) Gürcüstan millisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib.

Gürcüstanın əlledici penalti zərbəsini vaxtilə Azərbaycanda “İnter” və “Qəbələ”də çıxış etmiş Nika Kvekveskiri vurub. Gürcüstan Avropa çempionatında F qrupunda Portuqaliya, Türkiyə, Çexiya ilə mübarizə aparacaq.

 

Günün digər oyunlarında Ukrayna İslandiyanı 2:1 hesabı ilə məğlub edərək Avro-2024-ə vəsiqə qazanıb. Ukrayna E qrupunda Belçika, Rumıniya, Slovakiya ilə üz-üzə gələcək.

Polşa isə Uelslə qarşılaşıb. Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Polşa penaltilər seriyasında 5:4 hesabı ilə qalib gələrək Avro-2024-də oynamaq hüququ qazanıb. Milli D qrupunda Fransa, Avstriya və Niderlandla qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatı 14 iyun – 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq. (Qol.az)

 

26 mart

Avro-2024-ün pley-off mərhələsinin finalı

21:00. Gürcüstan – Yunanıstan – 0:0 (penaltilər seriyası – 4:2)

Qırmızı vərəqə: Giorgi Loria, 45+3 (Gürcüstan)

 

23:45. Ukrayna – İslandiya – 2:1

Qollar: Qudmundsson, 30 (0:1), Tsuqankov, 54 (1:1), Mudruk, 84 (2:1)

 

23:45. Uels – Polşa – 0:0 (penaltilər seriyası – 4:5)

 

Tacxeber.com

Oxşar xəbərlər