Dəhşətli hadisədə valideynlərini itirən uşaqlara 1,5 milyon bağışladı
Rusiyalı jurnalist Kseniya Sobçak “Crocus City Hall”da baş verən terror aktında valideynini itirən uşaqlara yardım edib.
Vasya və Mişa Sokolov adlı uşaqlar martın 22-də baş verən faciədə həlak olub. İndi oğlanlar əmilərinin yanında qalırlar. Daha iki uşaq – Varya və Vova Dorofeyev bacı-qardaşları da valideynsiz qalıblar. Onların isə yalnız bir nənəsi var.
Ksenya onlara yardım edərək, hesablarına pul köçürüb.
“Uşaqların ailələrinə 1,5 milyon köçürdüm: Vasya və Mişa Sokolov, Varya və Vova Dorofeyev. Neçə gündür əlaqə saxlamağa çalışırdıq. Oğlanların dayısı Stanislavla, o birilərin isə nənəsi İrina Vyaçeslavovna ilə danışdım. Pul onlara köçürüldü” deyə, Sobçak yazıb.
Bundan əlavə aparıcı uşaqların təhsilinə yardım edəcəyini deyib:
“Maddi yardımdan əlavə, təhsil baxımından uşaqlara qəyyumluq edəcəyəm. Pullu universitetlərə, lazım gələrsə repetitorlara kömək edəcəyəm. Varyanın artıq 14 yaşı var, Vasya 10-cu sinifində oxuyur, Mişa ilə Vovanın da məzun olmasına çox vaxtı yoxdur. Ailə daxilində nə seçəcəklərindən asılı olaraq pulunu ödəyib yaxşı məktəblərə və yaxşı universitetlərə yerləşdirəcəyəm”.