• 25 Noyabr 2024 00:23

Rusiyadan Bakıya zəng: Gəlirəm, pulu ödəyib səni aparıram

“Krasnodar”ın baş məşqçisi Murad Musayev “Sabah”ı çalışdırdığı vaxt Rusiyadan çoxsaylı təkliflər alıb.

 

Tacxeber.com İdman.Biz-ə istinadən bildirir ki, bunu rusiyalı mütəxəssisin özü açıqlayıb.

 

O bildirib ki, “Sabah”a rəhbərlik etdiyi müddətdə həm ilkin, həm konkret təkliflər alıb: “İki ildə Premyer Liqadan 3-4 zəng oldu. Bunlar “məşqçimiz gedib, danışa bilərik?” xarakterli zənglər idi. Cavab verirdim ki, üzr istəyirəm, indi gedə bilmərəm, Azərbaycanda öhdəliklərim var, burada xoşbəxtəm və heç yerə getmirəm”.

 

Rusiyadan Bakıya israrlı zəng də olub: “Bir klub rəhbəri zəng vurub dedi ki, müqaviləndə sərbəstqalma məbləği göstərilib? “Hə” cavabını eşidən kimi “gəlirəm, pulu ödəyib, səni aparıram” dedi. Mən eyni cavabı verdim ki, burada çalışmaqdan xoşum gəlir, xoşbəxtəm və getməyə hazır deyiləm”.

 

Qeyd edək ki, Musayev martın 14-də “Krasndoar”ın baş məşqçisi təyin edilib.

Tacxeber.com

Oxşar xəbərlər