• 24 Noyabr 2024 11:42

“Ukraynanın terror aktında ittiham edilməsi Rusiyanın özünə təhlükə törədir” – ISW

“Moskvada törədilən terror aktının nəticələri rusiyalıların təhlükəsizliyinə zəmanət verməsi ilə bağlı Putinin narrativlərini sarsıdır…”

 

Kreml bu qərara gəlib ki, Ukraynanın terror hücumunda ittiham edilməsinin informasiya dəyəri daxili təhlükəsizlik üçün istənilən risklərə dəyər.

Bu barədə Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında deyilir.

Analitiklər qeyd edir ki, əldə olan sübutlar Rusiyaya qarşı hər-hansı mürəkkəb sui-qəsd nəzəriyyəsi barədə heç nə demir.

 

Lakin Kreml və ifrat millətçilərin “İslam Dövləti”nin törətdiyi hücumda Ukraynanı ittiham etməsi Rusiyanın daxili təhlükəsizliyi və mülki əhalininin həyatı üçün baha başa gələ bilər.

Analitiklər hesab edir ki, Kreml və ifrat millətçi təbliğatçılar islamçıların əməliyyatlarının Rusiya ərazisində daxili təhlükəsizliyi və əhali üçün aşkar təhlükəsini görməzdən gəlir, bunun əvəzində Ukraynanın bu hücumda əli olduğu barədə təbliğata və saxta ittihamların yayılmasına üstünlük verir.

 

Kremil bu qərara gəlib ki, Ukraynanın “Crocus City Hall”a hücumda ittihamların informasiya dəyəri daxili təhlükəsizlik və mülki əhali arasında Rusiyanın dövlətin daxilində islamçıların radikal təhlükəsinə adekvat cavab vermək qabiliyyətinin olmaması səbəbindən daxili təhlükəsizlik və qurbanlar üçün istənilən risklərə dəyər.

 

Moskvada terror aktı

Martın 22-də sulahlı şəxslər Moskva ətrafında yerləşən konsert salonuna soxularaq insanlara atəş açmağa başlayıb. Daha sonra onlar binanı yandırıb, nəticədə 140-dək adam həlak olub.

Hücumdan dərhal sonra Putin bəyan edib ki, bu hücumda Ukrayna və onun xüsusi xidmət orqanları günahkardır.

Ukrayna tərəfi buna cavab olaraq bu terror aktında hər-hansı bir əlaqəsinin olmadığını bəyan edib. Sonradan İŞİD hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Ekspertlər qeyd edib ki, terror aktının nəticələri rusiyalıların təhlükəsliyinə zəmanət verməsi ilə bağlı Putinin narrativlərini sarsıdıb. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər