Burnunuzun böyük və ya kiçik olması ananızın yediyi qidalardan asılıdır – ARAŞDIRMA
Burnunuzun böyük və ya kiçik olmasının ananızın qidalanmasından asılı olduğunu bilirdinizmi?
Tacxeber.com“Dailymail”ə istinadla xəbər verir ki, bu barədə “Nature Communications” jurnalında yayımlanan elmi araşdırmada yazılıb.
Belə ki, araşdırmaçılar hamilə siçanlara və balıqlara fərqli pəhrizlər verərək, nəticəni yoxlayıblar. Tədqiqatçılar bunun heyvanların bətnindəki “mTORC1” siqnalını dəyişdiyini və körpəyə müəyyən üz xüsusiyyətləri verdiyini aşkarlayıblar.
Məlum olub ki, yüksək proteinli pəhrizlər daha qabarıq çənələr və daha qalın burun qığırdaqları fiziki xüsusiyyətlərə təsir göstərir.
Az proteinli qidalar qəbul edən balıq növlərində körpələrin burunlarının daha uzun və nazik olduğu bəlli olub.
Yəni kəllə formasından tutmuş burundakı qığırdaq miqdarına qədər xarici görünüşlərindəki xüsusiyyətlər ananızın sizə hamilə olanda yediyi qidaların növündən asılı olaraq dəyişə bilər.
Hamiləlikdə nə qədər çox protein qəbul etsəniz, “mTORC1” adlandırılan bu genlər daha aktiv hal alır.