• 23 Sentyabr 2024 03:30

“Putin bunu heç vaxt bağışlamayacaq” – Zelenski

Ukraynada genişmiqyaslı müharibə davam edir və Putinin ordusu Avropaya gələ bilər.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski CBS News telekanalına müsahibəsində deyib.

 

O bildirib ki, raketlər sabah istənilən dövlətə uça bilər:

 

“Bu təcavüz və Putinin ordusu Avropaya gələ bilər, ondan sonra ABŞ vətəndaşları, ABŞ əsgərləri Avropanı müdafiə etməli olacaqlar, çünki onlar NATO-nun üzvüdür”.

 

Zelenskinin sözlərinə görə, Rusiya lideri keçmiş Sovet İttifaqını öz imperiya şöhrətinə və coğrafi sərhədlərinə qaytarmaqda qətiyyətlidir:

 

“80-ci illər və 90-cı illərin sonu – Putin bunu heç vaxt bağışlamayacaq”.

Tacxeber.com

Oxşar xəbərlər