Qatar 35 saniyə gecikdi, bütün sərnişinlərin bilet pulları qaytarıldı
“Yaponiyada qatar 35 saniyə gecikib. Qatarın sürcüsü bütün sərnişinlərdən üzr istəyib. Yaponiya Dəmir Yolları təşkilatı sərnişinlərin biletlərinin pulunu geri ödəyib…”
Bu barədə İsveçrədə yaşayan mühacir jurnalist Elbəyi Həsənli özünün sosial media hesabında paylaşım edib.
O, daha sonra bir maraqlı detalı qeyd edib:
“İsveçrədə qatar 3 dəqiqə gecikdikdən sonra sərnişinlərdən üzr istəyirlər. Ancaq biletin pulun geri vermirlər…”