• 22 Sentyabr 2024 23:32

Şakira fotosessiyasını azərbaycanlı fotoqrafa etibar etdi

ABŞ-da fəaliyyət göstərən Azərbaycan əsilli fotoqraf Nika Vəkilova dünya ulduzu Şakiranın fotosessiyasını edib.

Bu haqda Nika Vəkilova öz İnsataqram hesabında paylaşım edib:

“Yadımda qalan müddət ərzində onun inanılmaz istedadının böyük pərəstişkarı olmuşam. Onunla işləmək mənim arzum idi və nəhayət, o gün gəlib çatdı. Şakiranın yenicə buraxılmış “Las Mujeres Ya No Lloran” (“Qadınlar artıq ağlamaz”) albomundan “Entre Parentesis” adlı ən son musiqi videosunun pərdəarxası şəkillərini paylaşmaqdan hədsiz dərəcədə həyəcanlıyam”.

Tacxeber.com

Oxşar xəbərlər