• 23 Sentyabr 2024 05:36

Təyyarə güclü küləyin təsirindən çətinliklə eniş etdi – VİDEO

Portuqaliya aviaşirkətinə məxsus “TAP Air” Portugal təyyarəsi Madeyra beynəlxalq hava limanına qəfil eniş edib.

 

Tacxeber.com xəbər verir ki, yayımlanan görüntülərdə “Airbus A321neo”nun eniş zamanı güclü küləyin təsirindən qorunmağa çalışdığı görünür.

 

Təyyarə bir neçə saniyə uçuş-enmə zolağında ətrafa əyilir, lakin sonda pilot vəziyyətə nəzarəti ələ alır.

 

Qeyd edək ki, Madeyra hava limanı dünyanın ən təhlükəli hava limanlarından biri hesab olunur. Burada baş verən güclü küləklər hətta ən yaxşı pilotları da ağır sınaqla üz-üzə qoyur.

Tacxeber.com

Oxşar xəbərlər