YAP bu deputatlarından imtina edir – HAKİM PARTİYA PARLAMENT SEÇKİLƏRİNƏ YENİ NAMİZƏDLƏRLƏ GEDƏCƏK.
Bu il ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının namizədlərinin müəyyənləşdirilməsi üçün işə başlanılıb.
Gununsesi.info-nun hökumətdəki mənbələrdən əldə etdiyi məlumata görə, ölkənin 125 seçki dairəsi üzrə hakim partiyanın namizədlərinin ilkin siyahısı bu yaxınlarda elan ediləcək.
“Milli Məclisin YAP-dan olan hazırki deputlarının bir çoxu vahid namizədlər siyahısında olmayacaq” deyən mənbəmiz onlardan bəzilərinin adını açıqlayıb: “Nizami Cəfərov, Rauf Əliyev, Oqtay Əsədov, İsa Həbibəyli, Vasif Talıbov, Ülviyyə Həmzəyeva, Eldar İbrahimov, İmamverdi İsmayılov, Aydın Mirzəzadə, Aqil Məmmədov, Anar Məmmədov, Siyavuş Novruzov,Bəxtiyar Sadıqov, Tahir Rzayev və Mixail Zabelin yola salınacaq şəxslərdir.