Bura ruslar üçün ölümcül şəhər olacaq – Sırski
Ukraynada 500 min hərbçinin səfərbərliyə cəlb edilməsinə ehtiyac xeyli dərəcədə azalıb.
Bu fikri Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski “Ukrinform”a müsahibəsində bildirib.
Cəbhədəki vəziyyətin mürəkkəb olduğunu deyən Sırski vurğulayıb ki, Rusiya Xarkova hücum etmək fikrinə düşsə, bura onlar üçün “ölümcül şəhər” olacaq.