• 22 Noyabr 2024 18:30

“Sağlam adam mütləq oruc tutmalıdır, tutmasa…” – Şeyxin müavini

Məlumdur ki, bu il 11 mart tarixi Ramazan ayının ilk gününə təsadüf etdi. Artıq bu gün isə Ramazan ayının 19-cu günüdür. Yəqin ki, bir çoxumuz ömrümüzdə bir dəfə yanlışlıqla tutduğumuz orucu pozmuşuq. Bəs, bilərəkdən və bilməyərəkdən pozulan orucun hansı günahı var?

 

SİA mövzu ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayevin fikirlərini öyrənib.

 

Onun sözlərinə görə, bilərəkdən orucu pozmaq həm günahdır, həm də onun cəriməsi var: “O cəriməyə şəffarə deyirlər”.

 

Fuad Nurullayev sözlərinə belə davam edib: “Altmış gün bir günə görə mütləq cəriməsi var, qəza etməlidir. Bir gün qəzası öz-özlüyündə ona 61 gün də eləyirlər. Bir ayı orucu dalbadal tutmalıdır, o biri ayı isə məsafə saxlamaqla tuta bilər. Bilə-bilə orucu batil etmək böyük günahdır. Sağlam adam, özünü müsəlman bilən insan mütləq oruc tutmalıdır, tutmasa günahkardır. Bilmədən orucu pozmağın isə heç bir günahı yoxdur. İnsan bilsə ki, bilmədən orucunu batil edib bir gün qəza etməlidir”.

Tacxeber.com

Oxşar xəbərlər