Sevincdən kövrəldim, sağ ayaqları bizimkilərin başına – Aqil Abbas
“Qarabağ”ın oyununu necə həyəcanla izləyirəmsə, Gürcüstanın milli komandasını da o həyəcanla izləyirdim. Elə gürcü qardaşlarımız kimi mən də sevincdən kövrəldim. Gürcü futbolçuların sağ ayağı bizimkilərin başına”.
Tacxeber.com xəbər verir ki, bu sözləri deputat Aqil Abbas bildirib.
O deyib ki, Gürcüstanda həmişə futbol olub və sovetlər vaxtında Avropa çempionatında da iştirak ediblər və çempion da olublar: “SSRİ çempionatında isə iki dəfə ölkə çempionu olublar, beş dəfə Kubok alıblar, həmişə də üç yerdən birində qərarlaşıblar, təsadüfi hallarda 4-5-ci yerdə olublar. SSRİ yığma komandasında da həmişə 4-5 futbolçu ilə təmsil olunublar”.
Deputat vurğulayıb ki, indi Avropa çempionatında iki ölkəyə – Türkiyəyə və Gürcüstana azarkeşlik edəcək.