Demensiya və xərçəngə qarşı dietik ərzaq
Bu qida həm ucuzdur, həm də sıfır kalorilidir, hər gün rasiona daxil edilməlidir.
Tacxeber.com Medicina.az-a istinadən xəbər verir ki, kahı yarpaqları, salat yarpaqları kimi tanınan yarpaqlı tərəvəz müxtəlif rəngdə, formada ola bilər.
Bu yarpaqlara çoxlu vitamin və faydalı maddələr var:
A vitamini – immunitetin funksiya göstərməsində rol oynayır.
K vitamini – sümüklər və qan laxtalanması üçün;
B9 – fol turşusu qanazlığına qarşı, onurğa iliyi və sinir sistemi üçün vacibdir.
C vitamini və kaliy, fenol turşusu və flavonoidlər hüceyrələri zədələnmədən qoruyur.
Hər gün rasiona salat yarpaqları əlavə etmək bir çox xərçəng və ürək xəstəliklərindən sizi qoruya bilər.
2019-cu ildə alimlərin apardığı araşdırmalara görə, çox miqdarda çiy tərəvəz və yaşıl yarpaqlılar psixi sağlamlığı qoruyur və depressiya simptomlarını azaldır.