Gürcüstanda güclü zəlzələ baş verdi
Gürcüstanın mərkəzi hissəsində 4,7 bal gücündə zəlzələ baş verib.
Tacxeber.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, təbii fəlakətin episentri təxminən 178 min nəfər əhalisi olan Kutaisi şəhərindən 83 km şimal-şərqdə yerləşib. Zəlzələ 9 km dərinlikdə qeydə alınıb.