• 21 Sentyabr 2024 16:46

Vilayət Eyvazov Xankəndiyə yeni DYP rəisi təyin etdi

Xankəndi Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə yeni rəis təyin edilib.

 

APA-nın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Azər Ələkbərov tutduğu vəzifədən azad olunaraq Xankəndi Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyin olunub.

Tacxeber.com

Oxşar xəbərlər