• 22 Sentyabr 2024 03:14

40 yaşlı Ronaldo bir oyunda 3 qol vurdu

Səudiyyə Ərəbistanı Pro Liqasının 25-ci turunda “Əl-Nəsr”  “Əl-Tai”ni qəbul edib. 

 

Tacxeber.com xəbər verir ki, Ər-Riyad şəhərindəki “Əl Avval Park” stadionunda keçirilən görüşdə meydan sahibləri 5:1 hesabı ilə qalib gəliblər. 40 yaşlı hücumçu Kriştiano Ronaldo sözügedən matçda het-trik edib. Bu, onun çempionatda bu mövsüm vurduğu 26-cı qol olub.

 

“Əl-Nəsr” – “Əl-Tai” – 5:1

 

Qollar: Otavio, 20, Misidyan, 22 (1:1), Qarib, 45+7 (2:1), Ronaldo, 65 (3:1), 67 (4:1), 87 (5:1)

 

Qırmızı vərəqə: Misidyan, 36 (“Əl-Tai”)

 

Bu qələbədən sonra “Əl-Nəsr” 59 xalla 2-ci pillədə qərarlaşıb. “Əl-Tai” 22 xalla 16-cı yerdədir.

 

Qeyd edək ki, Ronaldo fevralın 5-də 39 yaşını qeyd edib. O, dünya ulduzları arasında ən yaşlı futbolçu sayılır.

Tacxeber.com

Oxşar xəbərlər