“Ərdoğanın kürəkəni Türkiyə prezidenti postunda onun varisi ola bilər” – “The Wall Street Journal”
“Ola bilsin ki, “evet” deyəcəyəm, lakin hər şey şəraitdən asılı olacaq…”
“Səlcuq Bayraktar Türkiyədə ən populyar ictimai xadimlərdən biridir…”
Pilotsuz uçuş aparatlarının istehsalı üzrə “Bayrak” şirkətinin Direktorlar Şurasının sədri Səlcuq Bayraktar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın varisi ola bilər.
Tacxeber.com xəbər verir ki, bu barədə martın 30-da “The Wall Street Journal” nəşri yazıb.
Qeyd edilir ki, Səlcuq Bayraktar Ərdoğanın qızı Sümeyye ilə evlidir və Türkiyədə ən populyar ictimai xadimlərdən biridir.
Ötən il Bayraktar müsahibələrindən birində deyib ki, o, “siyasətlə məşğul olmur”, lakin qayınatası xahiş edərsə özünün Türkiyə prezidenti postuna namizədliyini irəli sürməyi istisna etmir.
“Ola bilsin ki, “evet” deyəcəyəm, lakin hər şey şəraitdən asılı olacaq”, – Bayraktar qeyd edib.
“The Wall Street Journal” qeyd edib ki, Ərdoğanın varisinin kim olacağı məsələsi bu ayın əvvəlində Türkiyə liderinin yerli hakimiyyət orqanlarına seçkilərin “qanuna görə” onun sonuncu seçkiöncəki kampaniyası olacağı barədə bəyanatından sonra aktuallaşıb.
70 yaşlı Ərdoğan hələ fikrini dəyişə bilər, lakin Türkiyə siyasətilə məşğul olan ekspertlər vurğulayır ki, onun Türkiyədə varis rolu uğrunda yarışı artıq başlayıb.
Xatırladaq ki, Türkiyədə sonuncu prezident seçkiləri 2023-cü ilin may ayında keçirilib.
Ərdoğan ikinci turda 52, 18 faiz nəticə ilə qalib gəlib, bu barədə Türkiyə Mərkəzi Seçki Komissiyasının saytında qeyd edilib.