• 24 Noyabr 2024 12:01

Lənkəranski, Quli haqda Türkiyədə kitab çap olundu: ŞOK faktlar açıqlandı

Türkiyənin ən güclü özəl nəşriyyatı “Kırmızı kedi” araşdırmaçı-yazar Timur Soykanın “Baron istilası” kitabını böyük tirajla çap edib. Kitabda Rövşən Caniyev, Nadir Səlifovla bağlı geniş məlumatlar da öz əksini tapıb.

 

“Rövşən Caniyev və Nadir Səlifov. 16 yanvar 2013-cü ildə bütün yolların və cinayətlərin Türkiyəyə doğru aparacağı çox mühüm bir mafiya cinayəti baş verdi. Lülənin ucunda “Ded Xasan”, yəni “Baba Həsən” ləqəbli Aslan Usoyan vardı. Oğrular dünyası ən çox gürcülərdən ibarətdir, ikinci yerdə isə azərbaycanlılar var”.

 

Dövlətin izlədiyi “Açıq qapı” siyasətinə görə, son 10 ildə dünya mafiyasının İnterpol axtarışında olan bir çox lideri Türkiyədə məskən salaraq həm qeyri-qanuni işlərini bu ölkədən idarə etdi, həm də rahat həyat yaşadı. Xüsusilə, Süleyman Soylunun daxili işlər naziri olduğu 2016- 2023-cü illərdə mafiyalar arasında dünya miqyasında gedən mübarizədə Türkiyə bir çox hesablaşmalara səhnə olarkən yeraltı dünyasının bəzi mühüm şəxsləri də Türkiyədə öldürüldü. Araşdırıcı-yazar Timur Soykanın “Baron istilası” kitabında mafiyaların təkcə Türkiyədə deyil, dünya miqyasındakı hesablaşmalarına dair dəqiq örnəklərə yer verilib. Əldə etdiyi məlumatları səbrlə analiz edən Timur Soykan digər mafiya liderləri kimi, azərbaycanlı “qanuni oğrular”ın bioqrafiyalarını və törətdikləri əməlləri geniş şəkildə işıqlandırmağa müvəffəq olub:

 

“Ded Xasanı azərbaycanlı gənc “qanuni oğru” Rövşən Caniyev öldürtdürmüşdü. Rus mafiyası Rövşən Caniyevin başına 5 milyon dollar mükafat qoydu. “Ded Xasan”ın öldürülməsindən sonra başına 5 milyon dollar mükafat qoyulan və izini itirən Rövşən Caniyev də Türkiyədə gizlənirdi. Dubay ilə İstanbul arasında saxta şəxsiyyət vəsiqəsilə dəfələrlə gedib-gəlmişdi. “Ded Xasan”a qarşı təşkil edilən sui-qəsddən qısa müddət sonra Rövşən Caniyevin İstanbulda öldürüldüyünə dair xəbərlər çıxmışdı. Bu xəbərləri Rövşən Caniyevin yaydığı iddia edilirdi”.

 

Timur Soykanın əldə etdiyi məlumata görə, 2020-ci ildə Türkiyənin Antalya vilayətində təxminən 10 mafiya lideri yaşayıb. “Baron istilası” kitabında son 50 ildə dünyada qeyri-qanuni işlərlə məşğul önəmli mafiya liderlərinin həyat və fəaliyyətləri işıqlandırılıb. Azərbaycanlı “qanuni oğrular” Rövşən Lənkaranski və Lotu Qulinin bioqrafiyaları da kitabın müəllifi tərəfindən təfərrüatlı şəkildə araşdırılıb. Müəllif kitabda açıq mənbələrlə yanaşı, bəzi gizli mənbələrdən əldə etdiyi məlumatlara da yer verib.

 

3 iyun 2023-cü ildə qurulan yeni hökumətdə Süleyman Soyluya vəzifə verilmədi, daxili işlər naziri vəzifəsinə təyin edilən İstanbul qubernatoru Ali Yerlikaya mafiyalara qarşı kəskin mübarizəyə başladı. Bunun nəticəsində indiyə qədər İnterpolun qırmızı bülletenlə axtardığı təxminən 20 mafiya lideri yaxalanıb. Bundan əlavə, Ali Yerlikayanın nazir olduğu son 10 ayda Türkiyədə rəsmi icazəsiz yaşayan yüz minlərlə əcnəbi deportasiya edilib. Daxili işlər naziri Yerlikayanın mafiyalara və qeyri-qanuni təşkilatlara qarşı apardığı mübarizə araşdırıcı-yazar Timur Soykanın “Baron istilası” kitabında təsvir etdiyi bir çox hadisəni təsdiq edir.

 

Timur Soykanın “Baron istilası” kitabının ışıq üzü görməsindən sonar Turan İnformasiya Agentliyinə açıqlama verən “Kırmızı kedi” nəşriyyatının sahibi Haluk Hepkon deyib: “Ölkəmizin demokratikləşməsi baxımından qeyri-qanuni strukturlara və şəxslərə qarşı qanuni çərçivədə aparılan mübarizəni hamımız dəstəkləmək məcburiyyətindəyik. “Kırmızı kedi” öz qələmilə bu mübarizəyə dəstək verən hər bir araşdırıcı-yazara öz qapılarını həmişə açıb. Timur Soykanın kitabı bu mübarizəyə verilmiş önəmli töhfələrdən biridir. Keçən il araşdırıcı-yazarlar Barış Terkoğlu və Barış Pehlivanın o vaxtkı daxili işlər naziri Süleyman Soylunun qeyri-qanuni işlərinə həsr etdikləri “SS” kitabını çap etmişdik. Bu sahədə obyektiv kitab yazan hər bir araşdırıcı-yazara bundan sonra da qapılarımız açıq olacaq”.

Turan.az

Tacxeber.com

Oxşar xəbərlər