• 24 Noyabr 2024 04:30

Şəkər xəstələri darçından necə istifadə etməlidir? – 3 RESEPT

Darçın şəkər xəstəliyi ilə necə mübarizə aparır?

 

“Qida maddələri arasında şəkərli diabetin inkişafını gecikdirən və qarşısını alan maddələr vardır. Ən güclülərindən biri isə darçındır”.

 

Tacxeber.com bildirir ki, bu fikirləri türkiyəli endokrinoloq Sinan Tanyolaç qeyd edib. O bildirib ki, darçının ən təəccübləndirən faydası qandakı şəkəri idarə etmək qabiliyyətinə malik olmasıdır: “Gündə yarım çay qaşığı darçının şəkər xəstələrində qan şəkərini əhəmiyyətli dərəcədə aşağı saldığı, triqliserid və pis xolesterinin (LDL-xolesterol) səviyyəsinin azalmasına kömək etdiyi sübut olunub”.

 

Belə ki, darçın şəkər mübadiləsini təxminən 20 dəfə sürətləndirir. Bu, qandakı şəkərin azalmasına səbəb olur.

 

Darçının kimyəvi tərkibi “insulin” adlanan və qan şəkərini tənzimləyən hormonun strukturuna oxşadığına görə, insulin hormonu kimi fəaliyyət göstərir.

 

Mədə boşalan zaman müddəti uzadaraq qəfil şəkər yüksəlmələrinin qarşısını alır və insulin hormonunun daha effektiv şəkildə işləməsini təmin edir.

 

Darçın oksidləşməyə qarşı sistemi gücləndirir. Oksidləşmə diabetli xəstələrdə mühüm problemdir. Damarlardakı quruluşun pozulmasında oksidləşmə və antioksidləşmə əsas rol oynayır. Darçının tərkibində olan polifenollar antioksidant maddədir. Bu maddə kilolu və hətta şişman insanlarda aclıq şəkərini azaldaraq insulinin effektivliyini artırır.

 

Nəticədə, darçın şəkər xəstələri üçün əhəmiyyətli qida maddəsidir. Bəs diabetlilər bu ədviyyatdan necə istifadə edə bilər?

 

RESEPT 1 – Darçın çayı

Suyu qaynatmağa başlayın. Qaynama anına çatanda üzərinə darçın əlavə edin və 2 dəqiqə qaynadın. Daha sonra altını söndürüb 5 dəqiqə dəmlənməsi üçün gözləyin. İçmək istədikdə süzgəcdən keçirib süzün və darçınlı çayın həm dadından, həm də faydasından yararlanın.

 

RESEPT 2 – Şəkər əvəzi

Bir çox insan südə kakao əlavə edib içir. Lakin darçın əlavə etsəniz daha faydalı olacaqdır. Dadına öyrəşənə kimi darçını kakao ilə birlikdə südə əlavə edə bilərsiniz. Amma faydalı xüsusiyyəti ancaq darçınla əldə edilir. Həmçinin darçını çaya da əlavə edib içmək olar.

 

RESEPT – 3

Darçın ədviyyatının əlavə edilə biləcəyi bəzi yeməklər, qidalar vardır. Məsələn, yulaf əzməsini darçıla yedikdə çox ləzzətli olur. Bundan başqa, darçının istifadə edildiyi yemək reseptləri də vardır. Odur ki, darçını qidanıza daxil etməklə çox müsbət və faydalı seçim etmiş olacaqsınız.

Tacxeber.com

Oxşar xəbərlər