• 24 Noyabr 2024 07:49

Türkiyədə bələdiyyə seçkiləri: Əsas şəhərlərdə CHP liderdir

Türkiyədə keçirilən bələdiyyə seçkilərində ilkin nəticələr açıqlanıb.

 

Tacxeber.com xəbər verir ki, son nəticələrə əsasən 15,93 faiz səslər sayılıb və böyük şəhərlərdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədləri irəlidədirlər.

 

İstanbul və Ankara üzrə CHP namizədİ olan hazırkı bələdiyyə sədrləri Əkrəm İmamoğlu və Manasur Yavaş postlarını qoruyurlar.

 

İmamoğlu 49,53% səslə AK partidən olan namizəd Murat Kurumu (41,72 %) qabaqlayır.

 

Ankara üzrə isə Manasur Yavaş 56,24 %, hakim parityadan olan namizəd Turgut Altınok isə 36,47 % səs toplayıb.

 

CHP İzmir şəhərində öndədir – Cemil Tuqay 47,50% səslə birinci, onun rəqibi Ədalət və İnkişaf Partiyasından Hamza Dağ isə 37,56% ilə ikinci sıradadır.

 

Bütövlükdə ölkə üzrə keçirilən bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) liderlik edir. AKP 38,6%, onun əsas rəqibi Cümhuriyyət Xalq Partiyası 35,26% səs toplayır.

Tacxeber.com

Oxşar xəbərlər