Yazılan şərhlər Firuzə İbadovanı xəstəxanalıq etdi
Əməkdar artist Firuzə İbadova haqqında yazılan tənqidi şərhlərə reaksiya verib.
Tacxeber.com Axşam.az-a istinadla xəbər verir ki, müğənni qızına ünvanladığı sevgi sözlərinin yanlış anlaşıldığını bildirib. “Elgizlə izlə” proqramına zəng edən ifaçı yazılan şərhlərin onu xəstəxanalıq etdiyini deyib:
“Gözləməmişəm kimsə mənə pul uzatsın, acgözlüklə onu alım. Mən uşaqlarım üçün yaşayıram. Bir qızım və bir nəvəm var. Bütün günü xəstəxanada qaldım. Utanırdım, sakitləşə bilmirdim”.