“Günəş fəallığı zəifləyib” – Şamaxı Rəsədxanası
Son bir həftədə Günəş fəallığı nisbətən zəifləyib.
Tacxeber.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Qeyd olunub ki, hesabat dövrü ərzində Yerə istiqamətlənmiş bir neçə tac kütlə atılması qeydə alınıb.
“Günəşin səthində ləkələrin sayı azalaraq dörd ləkə qrupunda 50 ləkə, həmçinin böyük ekvatorial tac dəliyi qeyd olunur. Enerjisi iki MeV-dən çox olan elektron seli normal və orta səviyyədə olub. Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 909 kilometr/saniyəyədək artıb”.
Rəsədxananın məlumatına görə, hazırda Günəş küləyinin sürəti 490 kilometr/saniyə, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 5.7 nT, radial istiqamətdə isə -0.6 nT təşkil edir: