• 17 Sentyabr 2024 00:09

İYİ Partiyasında “GET!” ÇAĞIRIŞI – Meral Akşener bu gün İSTEFA VERƏCƏK?

İYİ Partiyasının bələdiyyə seçkilərindəki 3,5 faizlik nəticəsi marağa səbəb olub.

 

Türkiyədə İYİ partiya sədri Meral Akşenerin istefa verəcəyi iddia edilir. Partiya iddianı təsdiqləməsə də, Akşenerə qarşı istefa çağırışlarının artacağı gözlənilir.

Akşener seçkiöncəsi verdiyi açıqlamada istədikləri nəticəni ala bilmədikləri təqdirdə evinə dönəcəyini bildirərək, istefa qərarının siqnalını verib.

Partiyanın mətbuat mərkəzindən gecə saatlarında verilən açıqlamada bildirilib ki, bələdiyyə seçkilərinin tam nəticələri açıqlanandan sonra Meral Akşener (bu gün) mətbuat konfransı keçirəcək. Bundan başqa məlumat və xəbərlərə etibar edilməməlidir.

 

Seçki nəticələrini əvvəlcə evindən, sonra dostunun restoranından, səs verdikdən sonra partiya qərargahından izləyən Akşenerin heç bir açıqlama verməməsi diqqət çəkib. Akşenerin susqunluğu fonunda partiyasının qərargahında böyük bir məyusluq yaşandığı müşahidə edilib. İYİ partiyasının bələdiyyə seçkilərində gözləniləndən aşağı nəticələri partiyada mübahisələrə səbəb olub.

Partiyanın iqtisadi siyasətlər rəhbərliyindən istefa verdiyini açıqlayan Prof. Dr. Bilge Yılmaz da Meral Akşeneri istefaya dəvət edib.

 

O, sosial media hesabında etdiyi paylaşımda belə yazıb:

“İYİ partiyasının sədri xanım Meral Akşeneri istefaya dəvət edirəm. Qarşıdan gələn ümumi seçkilərdə ölkəmizi AKP hökumətinin pis və səriştəsiz idarəçiliyindən xilas etmək üçün bu gündən işə başlamalıyıq. Bu nəticələr göstərir ki, bizim görəcəyimiz çox iş var və boş yerə sərf edəcək vaxtımız yoxdur. Bu istiqamətdə görəcəyim işlərə diqqəti yönəltmək üçün vəzifəmdən istefa verirəm”.

 

Keçmiş İYİ partiya üzvü və İstanbul Böyükşəhər Bələdiyyə Məclisinin nümayəndəsi İbrahim Özkan öz növbəsində sosial media hesabında Akşenerin qurultay qərarından sonra bir daha namizəd olmayacağını iddia edib.

Qeyd edək ki, ötən gün Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Seçkilərin açıqlanan nəticələrinə görə, CHP AKP-ni böyük faizlə üstələyib. (Sfera)

Tacxeber.com

Oxşar xəbərlər