• 24 Noyabr 2024 01:56

“Nüvə müharibəsi: birinci kim zərbə endirəcək və daha sonra nələr baş verəcək?..”

“Qərarlar asan olmayacaq, onların qəbul edilməsinə isə dünya liderlərinin sayılı dədiqələri olacaq…”

 

“Müasir dünyanın ən qorxulu faktlarından biri kiminləsə məsləhətləşmədən bir qrup adamın dünyanın dağılması barədə qərar verməsidir…”

ABŞ nüvə müharibəsinin müfəssəl ssenarisini təsvir edib

Tanınmış amerikalı yazıçısı, jurnalist və 2016-cı ilin Pulitser mükafatının finalçısı Enni Yakobsen özünün sonuncu “Nüvə müharibəsi ssenarisi” adlı kitabında nüvə münaqişəsinin mümkün inkişaf mənzərəsini təqdim edib.

Xatırladaq ki, bu barədə “The Guardian” nəşri yazıb.

 

Ssenari dünya nüvə arsenalı, sistem və doktrinalarına aid faktlara əsaslanır. Bütün bu faktlar ictimaiyyətə bəllidir, lakin Yakobsen hesab edir ki, cəmiyyət onları görməzdən gəlir, hərçənd, bu faktlar şokedicidir.

Kitab ssenarisinə görə, Şimali Koreya qəflətən ABŞ-a raket zərbəsi endirir və güman edir ki, onu hücum gözləyəcək. Buna cavab olaraq Vaşinqton KXDR-də obyektlər və komanda mərkəzlərinə 50 “Minuteman III” qitələrarası ballistik raket buraxır. Lakin bu hədəflərə çatmaq üçün bu raketlər Rusiyanın ərazisi üzərindən uçmalıdır, çünki onların başqa marşrutu yoxdur.

 

“The Guardian” qeyd edir ki, ABŞ prezidenti rusiyalı həmkarı ilə ziddiyyətlərin qarşısının alınması üçün əlaqə yaratmağa cəhd edir, amma uğursuz olur. Üstəlik, Rusiyanın “Tundra” erkən xəbərdaredici sistemi Amerikanın cavabını yanlış dəyərləndirir, bu da ABŞ-a tammiqyaslı nüvə zərbəsi endirməyə gətirib çıxarır.

Yakobsen öz kitabında vurğulayır ki, ABŞ prezidentinin nüvə təhlükəsi yaxınlaşdığı zaman qərar qəbul edilməsi üçün yalnız bir neçə dəqiqəsi qalacaq.

Yakobsen vurğulayır ki, nüvə münaqişə vəziyyətində prezidentlərin təkbaşına hakimiyyəti müasir dünyanın ən qorxulu faktlardan biridir, çünki kiçik bir qrup adama kiminləsə məsləhətləşmədən bir neçə dəqiqəyə dünyanın dağılma barədə qərar verməyə imkan verir. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər