Türkiyəli məşhur aktyor da seçkilərdə qalib gəldi – FOTO
Türkiyəli məşhur aktyor Erdal Beşikçioğlu namizədlik verdiyi bələdiyyə seçkilərində qalib olub.
Tacxeber.com “hürriyet”ə istinadla xəbər verir ki, “Behzat Ç.” rolu ilə məşhurlaşan aktyor Ankaranın Etimesqut mahalının bələdiyyə sədri seçilib.
Bununla da o, türkiyəli aktrisa Fatma Girik və xalq musiqiçisi Faruk Demirdən sonra seçkilərdə qalib gələn ilk məşhurdur.
E.Beşikçioğli ötən gün baş tutan seçkilərdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədləri sırasında idi.
Qeyd edək ki, aktrisa F.Girik 1989-cu ildə bələdiyyə seçkilərdə qalib gəlmişdi.
Bundan əlavə, müxtəlif illərdə rokçu Barış Manço, musiqiçi və yazçı Zülfü Livaneli, aktyor levent Kırca, “Yaprak dökümü”nün Alirza bəyi Halil Ergün, aktyor Emre Kınay, müğənnilər Davut Güloğlu və Hakan Peker də bələdiyyə sədrliyinə namizədliklərini versələr də, qalib gələ bilməmişdilər.