DTX təcridxanasında saxlanılan Vardanyan “Forbes”də Ermənistanın yeganə milyarderi SEÇİLİB
Amerikanın məşhur “Forbes” jurnalı dünyanın ən varlı insanlarının (siyahıda ruslar çoxluq təşkil edir) yenilənmiş siyahısını dərc edib.
Tacxeber.com xəbər verir ki, “Lukoyl”un təsisçisi Vaqit Ələkbərov siyahıda ilk pillədə yer alıb.
Onun sərvəti 20,5 milyard dollardan 28,6 milyard dollara yüksəlib.
İkinci pillədə 27,4 milyard dollar sərvəti ilə “Novatek PJSC”nin İdarə Heyətinin sədri Leonid Mixelson yer alıb. Üçlüyü isə 26,6 milyard dollar kapitalla “NLMK”nın ortağı Vladimir Lisin tamamlayıb.
Siyahıya Ermənistandan yalnız bir nəfər – separatçı Ruben Vardanyanın adı daxil edilib. Onun sərvəti 1,1 milyard dollar qiymətləndirilir. Erməni milyarder siyahıda 2545-ci yeri tutub.