İnsan alverçiləri Rusiyaya döyüşçü ixrac edir – Hindistanlının faciəli sonu
Hindistanda yaranmış böyük insan alveri şəbəkəsi gəncləri iş vədi ilə Rusiyaya aparır, oradan isə döyüşmək üçün Ukraynaya getməyə məcbur edir.
Ukrayna-Rusiya müharibəsində artıq iki hindistanlı ölüb. Sosial şəbəkələrdə isə Rusiyaya gedən insanların məşəqqətli həyatını əks etdirən videolar paylaşılır.
Bütövlükdə Ukraynada indiyədək Rusiyanın döyüşlərə cəlb etdiyi ən azı 254 əcnəbi həlak olub. O da qeyd olunur ki, Rusiya altı ay döyüşərdə iştirak edən əcnəbilərə vətəndaşlıq verir.
Hindistanın cənubundakı Heydərabad şəhərində yaşayan Məhəmməd Asfan adlı şəxs də aldanaraq müharibəyə göndərilənlərdən biridir. Ölkəsində geyim mağazası olan Asfana Rusiyada hərbi hissədə köməkçi vəzifələrdən birində işləyəcəyi deyilib. 1200 dollar maaş və altı aydan sonra Rusiya vətəndaşlığı vəd edilib.