Lukaşenkonun cangüdəni öldü – Zəhərləyiblər?
Yanvarda Rusiyanın Sankt-Peterburq şəhərinə səfəri zamanı zəhərləndiyi ehtimal edilən Belarus prezidenti Aleksandr Lukaşenkonun təhlükəsizlik əməkdaşı ölüb.
Tacxeber.com publika.az-a istinadən xəbər verir ki, bu məlumatı Belarus liderinin ətrafındakı iki mənbə təsdiqləyib. “Kremlevskaya tabakerka” teleqram kanallarının məlumatına görə, Lukaşenkonun Sankt-Peterburqa səfəri zamanı onun mühafizəçilərindən biri xəstələnib və təcili olaraq Minskə göndərilib. Belarus paytaxtında mühafizəçiyə ağır metaldan – talliumdan zəhərlənmə diaqnozu qoyulduğu iddia edilir.