Azərbaycanda atların sayı azalıb – Dəvələrin sayında artım var
Azərbaycanda atların sayı azalıb, dəvələrin sayında isə artım qeydə alınıb.
Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü ildə ölkəmizdə 53076 baş at mövcud olub.
Bu rəqəm 2022-ci illə müqayisədə təxminən 6% azdır. Belə ki, həmin il ölkədə 56576 baş at olub.
Ötən il atların 14216-sini 1 yaşdan 2 yaşa qədər olanlar, 31375 başı isə 3 yaş və daha böyük madyanlar təşkil edib.
Ölkədə atların sayının ən çox olduğu rayon Zaqataladır. 2024-cü ilin əvvəlinə olan məlumata görə bu rayonda 3590 baş at mövcud olub. Paytaxt Bakı şəhərində isə cəmi 50 at var. Atların sayının daha çox olduğu rayonlar arasında Quba (2528), Cəlilabad (2000), Sabirabad (1799) da var.
İqtisadi rayonlar üzrə atların sayı aşağıdakı kimi olub:
Bakı iqtisadi rayonu – 153
Naxçıvan iqtisadi rayonu – 2155
Abşeron–Xızı iqtisadi rayonu – 427
Dağlıq Şirvan iqtisadi rayonu – 2280
Gəncə–Daşkəsən iqtisadi rayonu – 3217
Qarabağ iqtisadi rayonu – 4764
Qazax–Tovuz iqtisadi rayonu – 5253
Quba–Xaçmaz iqtisadi rayonu – 6410
Lənkəran–Astara iqtisadi rayonu – 5465
Mərkəzi Aran iqtisadi rayonu – 3514
Mil–Muğan iqtisadi rayonu – 6220
Şəki–Zaqatala iqtisadi rayonu – 7453
Şərqi Zəngəzur iqtisadi rayonu – 2930
Şirvan–Salyan iqtisadi rayonu – 2875