Güclü və uzun sürəcək maqnit qasırğası XƏBƏRDARLIĞI – Sabah başlayır
Aprelin 4-də Yer kürəsini güclü maqnit qasırğası bürüyəcək. Alimlər qasırğanın uzanacağını və buna görə də təkcə havadan asılı olanların deyil, bir çox insanın rifahının pisləşməsinə səbəb ola biləcəyini gözləyirlər.
Tacxeber.com xarici KİV-ə istinadən bildirir ki, NOAA, TESIS peyk sistemləri və dünya üzrə beynəlxalq meteoroloji laboratoriyaların məlumatına görə, aprelin 4-də Yer kürəsini K-indeksi 5 olan qırmızı səviyyəli qasırğa bürüyəcək. Bu, proqnozlaşdırılandan xeyli əvvəldir.