Polşalı azarkeşlər belaruslu məşqçini döyüblər
Polşanın “Zaqlembe” klubunun baş məşqçisi Aleksandr Xatskeviç azarkeşlər tərəfindən döyülüb.
“Report” “meczyki.pl” saytına istinadən xəbər verir ki, hadisə komandanın məşqi zamanı baş verib.
I Liqanın XXV turunda doğma arenasında “Katovitse”yə 0:4 hesabı ilə məğlub olan Sosnovets təmsilçisinin bugünkü məşqinə müdaxilə edən fanatlar futbolçularla söhbət etmək istəyiblər. Lakin sonda onların üzərinə şığıyan fan-klub üzvləri belaruslu mütəxəssisi yumruq və təpiklə vurublar.
50 yaşlı çalışdırıcının bu hadisəyə görə istefa verəcəyi gözlənilir.