• 20 Sentyabr 2024 08:26

“Whatsapp” və “Instagram” çökdü

Dünya üzrə “Whatsapp” və “Instagram”ın fəaliyyətində ciddi problemlər yaşanır.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Downdetector” xidməti məlumat yayıb.

 

Məlumatına görə, artıq minlərlə istifadəçi üzləşdiyi çətinliklərlə bağlı öz şikayətini bildirib.

 

Hələ ki, mesencer və sosial şəbəkənin sahibi olan “Meta” şirkətindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Tacxeber.com

Oxşar xəbərlər