“Bakının adamı” niyə 6 ay sonra Ermənistana keçdi?
Sentyabrda keçirilən antiterror əməliyyatlarından sonra Qarabağda qalan keçmiş qondarma rejimin “nümayəndəsi” Sərkis Qalstyanın 6 ay sonra Ermənistana köçməsinin səbəbləri araşdırılır.
Tacxeber.com Globalinfo.az-a istinadən xəbər verir ki, Ermənistanın “Hraparak” nəşri Qalstyanın Xankəndidə qalmasını “ermənilərin qayıdışına inam”la əlaqələndirib.
Qəzetin iddiasına görə, Sərkis Qalstyan Qarabağı tərk etmiş ermənilərin Rusiyanın vasitəçiliyi ilə Xankəndiyə qayıdacağına və burada onların hansısa “statusa” malik olacağına inanıb. Lakin 6 ay keçməsinə baxmayaraq, hər hansı qayıdışın olmadığını gördüyü üçün həyat yoldaşı ilə Ermənistana köçməyə qərar verib. Burada isə saxlanılaraq casusluq ittihamı ilə həbs edilib.