• 24 Noyabr 2024 10:22

Bu ölkədə keçilər övladlığa götürülür

İtaliyanın Sicilya adası yaxınlığında yerləşən Eolie Adalarının bələdiyyə sədri qəribə addım atıb.

 

 “BBC” xəbər verir ki, o adada vəhşi keçilərin sayının artdığını gördükdən sonra onları övladlığa götürmə kampaniyasına başladıb.

Bələdiyyə sədri Riccardo adadakı keçilərin sayının əhalinin sayından 6 dəfə çox olduğunu əsas gətiriərək bu addımı atıb.

100 nəfər əhalisi olan adada keçi sayı bundan 6 dəfə çoxdur.

Sayı çox oaln vəhşi keçilər bağlara və tarlalara ziyan vurmağa başlayıb.

“Bir keçi övladlığa götürün” adlı kampaniya aprelin 10-a qədər davam edəcək.  (Baku.ws)

Tacxeber.com

Oxşar xəbərlər