• 25 Noyabr 2024 01:29

“Ermənistanın Aİİ-yə üzv olmaqdan imtinası iqtisadi intihar olardı”

“Aprelin 5-də Brüsseldə keçiriləcək Ermənistan-Aİ-ABŞ yüksək səviyyəli görüşündə əsas mövzu əvvəllər düşünüldüyü kimi Ermənistan-Azərbaycan sülh prosesi deyil, Ermənistan iqtisadiyyatı olacaq. Ermənistan Aİİ üzvlüyündən imtina etsə, bu, iqtisadi baxımdan intihar olacaq”.

 

Tacxeber.com xəbər verir ki, bunu iqtisad elmləri doktoru, professor, Alternativ Araşdırmalar Mərkəzinin rəhbəri Tatul Manaseryan Brüsseldə Aİ-ABŞ-Ermənistan formatında görüş ərəfəsində müsahibəsində bildirib.

 

Manaseryan deyir ki, Ermənistan azad ölkədir və indiyə qədər olduğu kimi həm Aİİ, həm də Avropa İttifaqı, Çin və ərəb ölkələri ilə ticarət-iqtisadi əlaqələri inkişaf etdirə bilər.

 

Ekspert Ermənistanın ultimatum şəklində “ya Aİ, ya da Aİİ” seçimi etmək məcburiyyətində qalacağını istisna etmir:

 

“Hakimiyyətin özləri həm nazirlər, həm də deputatlar səviyyəsində dəfələrlə bəyan ediblər ki, bu gün Aİİ-yə alternativ yoxdur. Çünki xarici ticarət dövriyyəsindəki 46 faizlik artımın təxminən 40 faizi Aİİ üzv ölkələrinə, ilk növbədə Rusiyaya düşür. Aydındır ki, Ermənistan Aİİ-yə üzvlükdən və ya inteqrasiya proseslərindən imtina edərsə, bu, iqtisadi baxımdan intihar olacaq. Həm ərzaq, həm enerji təhlükəsizliyi, həm də maliyyə təhlükəsizliyi baxımından çox ciddi problemlər yaranacaq, çünki Rusiyadan transferlər ÜDM-in ¼ hissəsini təşkil edir (2022-ci ilə qədər)”.

 

Bununla yanaşı, Manaseryan vurğulayıb ki, “Qərb ölkələri belə hətta Rusiya ilə siyasi münasibətlərdə aşkar gərginliyin mövcud olduğu şəraitdə belə, bu ölkə ilə ticarət əlaqələrindən tam imtina etməyib. Bəzi Qərb şirkətləri Rusiya bazarında həm özəl, həm də dövlət səviyyəsində fəaliyyətini davam etdirir”.

Tacxeber.com

Oxşar xəbərlər