• 24 Noyabr 2024 06:03

Ukrayna Rostov aerodromunu vurdu: 6 qırıcı məhv edildi 

Aprelin 5-nə keçən gecə Ukraynaya məxsus pilotsuz təyyarələr Rusiyanın Rostov vilayətindəki Morozovsk hərbi aerodromuna hücum edib. 

 

Bakupost.az xəbər verir ki, bu barədə Ukraynanın “Hromadske” nəşri öz mənbələrinə istinadən bildirib.

 

Nəşrin yazdığına görə, hücum nəticəsində Rusiyanın ən azı 6 təyyarəsi məhv edilib, daha 8 təyyarəyə isə “əhəmiyyətli dərəcədə ziyan vurulub”. Nəşrin həmsöhbəti həmçinin hücum zamanı 20 rusiyalı hərbçinin öldüyü və ya yaralandığını iddia edib.

 

“Hromadske” yazır ki, aerodroma hücumu Ukrayna Təhlükəsizlik Xidməti və ukraynalı hərbçilər təşkil edib. Bu barədə “RBK-Ukrayna”nın mənbələri də bildirib. Nəşrin məlumatına görə, aerodromda Rusiya qoşunlarının Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə və cəbhə xəttində yerləşən şəhərlərə hücum üçün istifadəı etdiyi Su-24, Su-24M, Su-34 bombardmançıları yerləşdirilibmiş.

 

Rusiya Müdafiə Nazirliyi və müstəqil mənbələr aerodroma hücumu, Rusiya təyyarələrinin məhv edilməsi və ya zədələnməsini hələlik təsdiqləməyib.

 

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 5-nə keçən gecə Rostov vilayəti üzərində Ukraynaya məxsus 44 pilotsuz uçan aparat vurulub. Rostov vilayətinin qubernatoru Vasili Qolubev də bildirib ki, hava hücumundan müdafiə sistemləri Morozovski vilayətində 40-dan çox hədəfi vurub. Qubernator açıqlamasında ​​aerodromdakı hücumdan bəhs etməyib.

Tacxeber.com

Oxşar xəbərlər