• 25 Noyabr 2024 03:29

Ukraynanın bu zərbələri Rusiyanı çətin duruma salır

Ukraynanın Rusiya neft emalı zavodlarına növbəti hücumları Rusiyanın onları bərpa edə bilməməsinə səbəb ola və onun daxili bazarında qıtlıq yarada bilər.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Ukraynanın Milli Davamlılıq üzrə Araşdırmalar Mərkəzinin direktoru Oleq Belokolos deyib.

 

“Bu, Ukraynanın tamamilə düzgün addımıdır. Bizim buna haqqımız var və etməliyik”, – ekspert bildirib.

 

Onun sözlərinə görə, rusların özləri artıq açıq şəkildə neft emalı sənayesi üçün ciddi təhlükədən danışırlar:

 

“Ukrayna bu hücumların eyni miqyasını və tempini saxlasa, o zaman Rusiya onları bərpa edə bilməyəcək. Çoxlu texniki detallar var. Bu, oğurlana və harasa ciblərdə qaçaqmalçılıq yolu ilə aparıla bilməyən avadanlıqdır”.

Tacxeber.com

Oxşar xəbərlər