Vicdanınız olsun…
Şəxsən tanıdığımdan bildirirəm ki, ABŞ Nyu York meriyasında məsul vəzifə tutan həmyerlimiz Rəna Abbasovanın həbs olunması ilə bağlı yayılan xəbər yalandır və o evində ailəsinin yanındadır. O meriyanın başqa işçiləri kimi bircə dəfə istintaqa çağrılıb və seçkilərə toplanmış ianələrlə bağlı dindirilib.
1917-ci ildə hay-küy eşidən dekabrist nəvəsi qulluqçudan soruşur ki, bayırdakı nə səsdir. Qulluqçu deyir ki, inqilabçıların çağırışıdır. Nəvə deyir ki, mənim babam da inqilabçı olmuşdu, maraqlıdır bunlar nə istəyirlər, sualına qulluqçu, varlıların olmasını istəmirlər deyir. Nəvə deyir: “çox təəccüblüdür mənim babam isə kasıbların olmamasını istəyirdi”.