“Crocus City Hall”da törədilən terror aktının sponsoru Makrondur” – Medvedev
“Moskva vilayətində “Crocus City Hall”da terror aktını törədənlər primitiv muzdlu qatillərdir”.
Tacxeber.com Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
“Onlar ya qanunauyğun, ya da başqa cür cavab verməli olacaqlar. Bütün dünyada terrorçularla eyni şəkildə davranırlar. Heç bir məhdudiyyət müddəti yoxdur”, – deyə o əlavə edib.
Medvedevin sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makronun və digər Qərb liderlərinin bu terrorda əli var.
“Makron və bir sıra digər Qərb liderləri bu dəhşətli terror aktının sponsorlarıdır. Bunun üçün heç bir bağışlanma yoxdur. Burada toxunulmazlığın arxasında gizlənmək mümkün deyil”, – deyə Medvedev vurğulayıb.