İran Baş Qərargah rəisi: “İsrailin hücumu cavabsız qalmayacaq, peşman edəcəyik”
“İsrailin hücumu cavabsız qalmayacaq. Əməliyyatın vaxtını, növünü biz müəyyən edəcəyik”.
Tacxeber.com xəbər verir ki, bunu İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Suriyadakı konsulluğa hücumda öldürülən Məhəmməd Rza Zahedinin İsfahanda keçirilən dəfn mərasimində bildirib.
“Bu əməliyyat diqqətlə icra olunacaq və biz mütləq onları peşman edəcəyik”, – Baş Qərargah rəisi vurğulayıb.