• 24 Noyabr 2024 20:58

“İsrailə maksimum ziyan vurmaq üçün vaxtı müəyyənləşdiririk”

“Dəməşqdəki konsulluğa hücuma görə ABŞ-ı məsuliyyətə cəlb etmək lazımdır”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri deyib.

 

Baqiri vurğulayıb ki, Tehran Dəməşqdəki konsulluğa hücuma görə İsraildən qisas almaq və ona maksimum ziyan vurmaq üçün düzgün vaxtı seçəcək. O, bu barədə İsfahanda hücum nəticəsində həlak olan İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Məhəmməd Rza Zahidinin dəfn mərasimində bildirib.

 

“İranın Suriyadakı konsulluğuna hücum sionist rejimin çarəsizliyindən qaynaqlanır”.

 

Baqiri deyib ki, İran “əməliyyat planını müstəqil şəkildə müəyyən edəcək və onu düşmənə maksimum ziyan vurmaqla, lazımi vaxtda həyata keçirəcək”. O, həmçinin ABŞ-ı konsulluğa hücuma görə məsuliyyətə cəlb etməyə çağırıb və Vaşinqtonun yəhudi dövlətini açıq-aşkar dəstəkləməkdə ittiham edib.

Tacxeber.com

Oxşar xəbərlər