Nizami Rəmzinin qızı ondan DNT testi istəyir
Mərhum meyxana ustadı Nizami Rəmzinin qızı Heyran “Elgizlə izlə” proqramına gəlib.
Axşam.az xəbər verir ki, Heyran meyxanaçının yalnız onun anası ilə rəsmi nikahda olduğunu söyləyib:
“Mən Nizami Rəmzinin vağzalı sədaları və ellər görmüş toyu ilə dünyaya gələn övladıyam. Gəlsinlər, məndən DNT testi götürsünlər. Özünü atamın qızı olduğunu iddia edən xanımdan da həmin testi götürsünlər. Bunu tələb edirəm. Özümə bu mövzuda güvənirəm. O da əgər güvənirsə DNT testindən keçsin.
Bu mövzu artıq məni boğaza yığıb. Kim nə edir, nə etmir, gəlirlər mənə ki, bacına yiyə dur. Dünyaya gələndə mənimlə müqavilə bağlamışdılar? İndi mən onlara meydan oxuyuram, onlar da baxsınlar. Onlar bu kimi məsələlərdə Nizami Rəmzinin adını batıra bilməzlər. Gündə biri çıxıb deyir ki, mən Nizami Rəmzinin qızıyam. Məşhur olanda belə olur da”.
Heyran bir müddət əvvəl bloger Nail Kərimlinin verilişində yer alan Reyhan adlı qızdan danışıb.
“Həmin qıza dəfələrlə mən də, bibim oğlu da yardım etmişik. Onun üçün ev tutdu. Qız çıxıb heç kimin adını çəkmədi. Neçə dəfə qapımıza gəlib. Amma verilişdə danışanda dedilər ki, heç kimim yoxdur. Onda düşündüm ki, test versin. Nizaminin qızıyam, bacılarımı, nəslimi tanıyıram. Səni bu vəziyyətə salan, ağlayıb danışdığın sevgilisinin adını çəkirdi. Sevgilisi onu narkotikə düçar edib. Bizi pis etdi, onu yaxşı. İndi gedib DNT testi verdi”.
Qeyd edək ki, ustad meyxanaçılardan sayılan Nizami Rəmzi 1997-ci ildə (49 yaşında) avtomobil qəzası səbəbindən vəfat edib. N. Rəmzi üç dəfə ailə həyatı qurub. Bu izdivaclardan onun 6 övladı olub. Şairin oğlu Rza Baxşıyev bir müddət əvvəl həbsdən çıxıb.