• 24 Noyabr 2024 18:12

Orskda su altında qalan evlərin sayı 4,4 mindən artıqdır

Rusiyanın Orsk şəhərində su basmış evlərin sayı iki dəfə artaraq 4,4 mini ötüb.

 

Bu barədə Orenburq vilayətinin qubernatoru Denis Pasler teleqram kanalında məlumat yayıb.

“Hazırda Orskda 1 121 nəfər, o cümlədən 331 uşaq təxliyə edilib. Müvəqqəti yerləşdirmə mərkəzlərində 510 nəfər, o cümlədən 115 uşaq var. 4407-dən çox ev su altında qalıb”, – məlumatda deyilir.

Bildirilir ki, hadisə yerində 600-ə yaxın mütəxəssis, o cümlədən 160 texnika işləyir.

Tacxeber.com

Oxşar xəbərlər