• 24 Noyabr 2024 18:38

Qarabağda aşkarlanan silahlar bu ölkələrə aiddir – Siyahıda İslam dövlətləri də var

İşğaldan azad edilmiş ərazilərdə axtarış-tədqiqat işləri aparan hüquq-mühafizə orqanları əməkdaşları mütəmadi olaraq keçmiş separatçı rejimdən və işğalçı Ermənistan ordusundan qalma silah-sursat aşkarlayır. Xüsusən, qondarma rejimin paytaxtı hesab olunan Xankəndi şəhərində. Belə silah-sursatların əksər hissəsi keçmiş sovet və Rusiya istehsalı olsa da, bir sıra başqa ölkənin istehsalı olan silahların aşkarlanması da istisna deyil. 

 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan ehtiyatda olan polkovnik Üzeyir Cəfərov da bu ehtimalı təsdiqləyir:

 

“Bu məsələ mənim özüm üçün də çox maraqlıdır. Böyük ehtimalla, Xankəndində və ətraf ərazilərdə Qərb ölkələrində istehsal olunmuş silahlar da tapılır, sadəcə elan olunmur. Orada təkcə Rusiya və SSRİ istehsalı olan silah sursatlar yox, xarici ölkələrin istehsalı olan, az sayda da olsa, avtomat, tapança və pulemyotlar yəqin ki aşkarlanıb. Amma bununla bağlı daha dəqiq güc strukturları məlumat verə bilər”.

 

Hərbi ekspert qondarma rejimə silah-sursat tədarük edən ölkələrin adını çəkib.

 

“Amma əminliklə deyə bilərəm ki, 30 illik işğal müddətində bu qəbildən olan silah-sursatlar Qarabağa daşınıb. Qarabağdakı separatçılara dəstək olan ölkələr arasında təkcə Rusiya deyil, Fransa, Suriya, Livan və Yunanıstan kimi ölkələrin adı çəkilir. Yəqin ki, elə bu ölkələrdə istehsal edilmiş və ya bu ölkələr tərəfindən tədarük olunmuş silahlar da separatçılara göndərilib.

 

Digər tərəfdən, hər iki müharibədə Ermənistan tərəfdən iştirak etmiş muzdlu döyüşçülərin özləri ilə gətirdikləri silahları da qeyd etməliyik. Bu cür silahlar ya tapılıb, ya da gizlədildiyi üçün axtarışların növbəti mərhələsində tapılacaq”.

Tacxeber.com

Oxşar xəbərlər