“Qarabağ”ın direktoru Lunyov məsələsinə aydınlıq gətirdi.
“Qarabağ”ın direktoru Emrah Çelikel açıqlama verib.
Klub rəsmisi komandanın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnovun “RB Sport”a verdiyi qalmaqallı müsahibəsinə aydınlıq gətirib.
“İlk öncə onu deyim ki, bu günə qədər “Qarabağ”ın hansısa futbolçu ilə maaş problemi olmayıb. Bunu futbolçular da, agentlər də təsdiqləyə bilərlər. Lunyovla bağlı isə ilk olaraq onu deyim ki, futbolçunun gələn yaya kimi “Qarabağ”la müqaviləsi var. Onunla anlaşma 1+1 şərti ilə imzalanıb. Müqaviləyə hansısa dəyişikliyin edilib-edilməməsi də klubun səlahiyyətində olan məsələdir.